Ukraynaya genişmiqyaslı hücum planından danışmağa əsas yoxdur

Kiyev Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu planından danışmaq üçün əsas görmür. Qoşunların sərhəd boyu hərəkəti çoxdan müşahidə olunur.

SİA-nın xəbərinə görə, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov bildirib.

“Biz bu gün ölkəmizə genişmiqyaslı hücum olması barədə danışmağa heç bir əsas görmürük. Bunu fiziki olaraq etmək də mümkün deyil. Rusiya qoşunları öz ərazisində yerdəyişmə edirmi? Bəli, edir və biz bunu görürük. Bu bizi təəccübləndirmir. Xarici müttəfiqlərimiz də bunu görür. Bu situasiya 2014-cü ildən mövcuddur” – Danilov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...