Bayden avropalı siyasətçilərlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

ABŞ Prezidenti Cozef Bayden videokonfransda Avropa liderləri ilə Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

SİA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, dövlət başçısı xüsusi mühafizə olunan rabitə kanalları vasitəsi ilə avropalı siyasətçilərlə müzakirə aparacaq. Videozəngdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel və digər Avropa liderlərinin iştirakı gözlənilir. Görüş mətbuata qapalı olacaq.

Videokonfrans yanvarın 25-də Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə