Bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada həyatını itirən türk kinosunun ustası Fatma Girik üçün Muğlanın Bodrum şəhərində həyat yoldaşı, rejissor Memduh Ün-ün məzarının yanında məzar yeri hazırlanmağa başlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Muğlanın Bodrum şəhərində yaşayan və təxminən 6 ay əvvəl müalicə üçün İstanbula gələn Fatma Girik bu gün səhər saatlarında dünyasını dəyişib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə