Fransada NATO-dan çıxmaq meyilləri var - RUSİYA İLƏ DÜŞMƏNÇİLİK ETMƏMƏK ÜÇÜN

Russofobiya Qərb üçün həyat tərzinə çevrilib, ona görə də Paris NATO-dan çıxmalıdır. SİA xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, keçmiş yüksək vəzifəli fransız kəşfiyyat məmuru Erik Denese “Atlantiko”-ya söyləyib.

Müsahibənin müəllifi Aleksander del Valle kəşfiyyatçıdan NATO ilə Rusiya arasında razılaşmanın mümkün olub-olmaması, yoxsa rusofobiyanın Qərb ölkələrinin yaşayış vasitəsinə çevrilməsi ilə bağlı sual verib və Denese ikinci fikir ilə razılaşıb.

"Mən artıq ona inanıram. Ona görə də təkid edirəm ki, Fransa mütləq NATO-dan çıxmalıdır", deyə Denese bildirib.

Ekspert izah edib ki, amerikalılar və ingilislər Rusiyaya irrasional nifrət bəsləyirlər və bunu Polşa və Baltikyanı ölkələr üçün təhlükə kimi görürlər və son 30 ildə soyuq müharibədən sonra öz öhdəliklərini pozurlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə