İranda güclü qar fəsadlara yol açıb

Son illərdə quraqlıq təhlükəsi ilə üzləşən İran güclü qar yağışı ilə mübarizə aparır. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Ərdəbil, Zəncan, Kirmanşah, Loristan, İlam, Həmədan və Mərkəzi əyalətlərində güclü qar yağması səbəbindən təhsil dayandırılıb. Qarın təsirli olduğu bölgələrdə kənd yolları da nəqliyyata bağlanıb. Əyalətdə 500 kəndin güclü qar yağışı səbəbi ilə nəqliyyata bağlandığı və kənd yollarının nəqliyyata açılması üçün işlərin davam etdiyi bildirilib. Ölkənin cənubunda yerləşən Loristan əyalətində qar yağmasından sonra 700-dən çox kənd yolunun nəqliyyata bağlandığı açıqlanıb.

Kənd yollarının yenidən nəqliyyata açılması üçün səylər davam edir, lakin bəzi kəndlərlə əlaqə tamamilə kəsilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə