İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 7 691 nəfər koronavirusa (COVID-19) yoluxub, 21 nəfər ölüb. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 251 nəfərə, yoluxanların sayı isə 6 258 181 nəfərə çatıb. Virus daşıyıcılarından 1 222 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 082 759 nəfər koronavirusdan sağalıb, 44,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 129 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 14,8 milyon təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə