Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb

Rusiyada son sutka ərzində 65 109 nəfər koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 63 205 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,17 milyonu ötüb.

Eyni zamanda, son sutkada 655 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 679 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 326 112 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə