Aİ-nin Rusiyaya qarşı sanksiyalar elan etmək planı yoxdur - Borrell

"Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin yanvarın 24-də keçirilən görüşündən sonra Rusiya əleyhinə hər hansı sanksiyaların elan edilməsi planlaşdırılmır". Bunu mətbuata açıqlamasında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Borrell bildirib ki, sanksiyaların hazırlanması prosesi davam edir, ABŞ və Aİ-nin digər tərəfdaşları ilə məsləhətləşmələr aparılır: "Biz heç bir konkret tədbir elan etmək fikrində deyilik".

Bundan əvvəl Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının hazırlanmasından danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə