Ermənistanda koronavirusa yoluxanların sayı 352 mini ötüb

Ermənistanda son sutkada daha 688 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 352 399-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 028 nəfərdir.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 523 nəfərdir. İndiyədək 334 394 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 454 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə