Qaçaq meymun əməliyyatı uğurla başa çatıb

ABŞ-da qəzaya uğrayan yük maşınından qaçan 3 laboratoriya meymunu helikopterin termal kamerası ilə aparılan əməliyyatda öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, maraqlı hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib. Covid-19 araşdırması aparan bir laboratoriyaya çatdırılmaq üçün 100 meymunu daşıyan avtomobil cümə günü Danville bölgəsi yaxınlığında başqa bir yük maşınına çırpılıb.

Qəza nəticəsində 3 meymun açılan qəfəslərdən qaçıb. Afrika ölkəsi Mavrikiydən gətirilən heyvanları Madaqaskar sahillərində tutmaq üçün vertolyotlar və termal kameralarla axtarışlara başlanarkən, bölgə xalqına meymunlardan uzaq durmaları ilə bağlı xəbərdarlıq edilib. “Meymunları görsəniz və ya tapsanız, onları özünüz tutmağa çalışmayın və dərhal polisə xəbər verin”, - deyə bölgə polisi “tvitter” hesabında yazıb.

Uzunquyruqlu makakalar kimi də tanınan "sinomolqus" meymunlarının hər biri 10.000 ABŞ dolları dəyərində idi və koronavirusa qarşı peyvənd araşdırmalarında istifadə edilmək üçün ABŞ-a gətirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə