Prezidentinin iqamətgahı yaxınlığında atışma səsləri eşidilib

Yanvarın 23-də axşam saatlarında Burkina-Faso Prezidenti Roç Mark Kaborenin paytaxt Uaqaduqudakı iqamətgahı yaxınlığında “hərbi qiyam cəhdi”nin baş verdiyi iddia ediləndən bir neçə saat sonra atışma səsləri eşidilib.

SİA xəbər verir ki, bu barədə “Associated Press” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Prezident Kaborenin evdə olub-olmadığı hələlik məlum deyil.

Yerli sakinlər atışma ilə yanaşı, iqamətgahın ətrafında dövrə vuran helikopterlərin səslərini də eşidiblər.

Qeyd edək ki, bundan əvvəl prezident fərmanı ilə bütün ölkə ərazisində “sonrakı xəbərdarlığa qədər” komendant saatı tətbiq edib. Rejim saat 20.00-dan 05.30-a qədər etibarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...