Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub

Malidə "Barxan" əməliyyatında iştirak edən fransız hərbçi bazanın atəşə tutulması nəticəsində həlak olub.

SİA xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayının mətbuat xidməti yayıb.

Qeyd edilir ki, 54-cü artilleriya alayının hərbçisi Fransanın Qaodakı (Malinin cənub-şərqində) hərbi bazasına minaatan hücumu nəticəsində həlak olub. Daha 9 fransız hərbi qulluqçu yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə