ABŞ Ukraynaya hərbi yardımının ikinci partiyasını çatdırıb

ABŞ hərbi yardımın ikinci partiyasını Ukraynanın “Borispol” hava limanına çatdırıb.

SİA xəbər verir ki, bu barədə “NV” nəşri məlumat yayıb.

Silahlar əsasən “M141 Bunker Defeat Munition” və “SMAW-D” birdəfəlik əl qumbaraatanlarından, habelə “Javelin” tank əleyhinə sistemlərindən ibarətdir.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya ilk hərbi yardımı yanvarın 22-də çatdırılıb. İlk partiyada 90 ton silah-sursat olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə