Türkiyə prezidenti iranlı həmkarı ilə danışıb

Türkiyə Prezident Aparatından verilən məlumata görə...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonda danışdı.

SİA xəbər verir ki, Türkiyə Prezident Aparatından verilən məlumata görə, söhbət zamanı Türkiyə-İran əlaqələri və regional məsələlər müzakirə olunub.

R.T.Ərdoğan telefon danışığında yaxınlarda İranın paytaxtı Tehranda reallaşacaq Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Toplantısı və bu çərçivədə imzalana biləcək müqavilələrlə bağlı işlərin sürdüyünü söyləyib.

Qafqazda barış və sabitliyin hakim olması istiqamətində də səylərini davam etdirdiklərini vurğulayan Ərdoğan bu çərçivədə Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə inkişaf etdirdikləri 3+3 Platformasından sonra Türkiyənin belə tədbirlərə ev sahibliyi etmək arzusunda olduqlarını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə