Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, - mənbə vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə