Quralığa görə son 1 ayda 62 mindən çox heyvan tələf olub burada

Simanjiro rayon şurasının sədr müavini Sendeu Laizer quraqlığın bölgə xalqının həyatına mənfi təsir etdiyini bildirərək deyib...

SİA-nın əldə etdiyi məlumata görə, Hind Okeanı sahilindəki Şərqi Afrika ölkəsi Tanzaniyada quralığa görə son 1 ayda 62 mindən çox heyvan tələf olub.

Simanjiro rayon şurasının sədr müavini Sendeu Laizer quraqlığın bölgə xalqının həyatına mənfi təsir etdiyini bildirərək deyib: “Tanzaniyada son 1 ayda 62 mindən çox böyük və kiçik baş heyvan quraqlıq səbəbindən tələf olub. Bu, qorxunc bir vəziyyətdir. Heyvan leşləri ətrafa pis qoxular yayır və öz heyvanlarını qorumaq istəyən insanları başqa bölgələrə köçə məcbur edir. Belə vəziyyət əvvəllər heç yaşanmayıb, su və otlaq problemi heyvanları əldən salıb.

Tanzaniyanın şimalında yağmurun miqdarı 35 faizi azalıb ki, bu vəziyyət son 10 ilin ən aşağı səviyyəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...