5 illik fasilədən sonra İngiltərənin naziri Rusiyaya səfər edəcək

Xatırladaq ki, “The Times” Britaniya hökumətindəki mənbəyə istinadla 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan Trassın fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşmışdı

Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfərlə bağlı müraciətini qəbul edib.

SİA TASS-a istinadən xəbər verir ki, səfər bu ilin fevral ayına planlaşdırılıb.

Xatırladaq ki, “The Times” Britaniya hökumətindəki mənbəyə istinadla 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan Trassın fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşmışdı. Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrey Kelin isə bildirmişdi ki, Rusiya hökumətinə Liz Trassın səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb.

2017-ci ildən sonra Böyük Britaniyanın xarici işlər nazirləri Rusiyaya səfər etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə