Yük təyyarəsinin ön şassisində bir nəfər tapılıb

Hollandiyanın paytaxtı Amsterdamın Şiphol hava limanına enən yük təyyarəsinin ön şassəsində bir nəfər tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya Kral Hərbi Polisindən verilən açıqlamada, Cənubi Afrikadan Şiphol hava limanına gələn yük təyyarəsinin ön eniş şassisində kişi sərnişinin tapıldığı bildirilib. Açıqlamada vəziyyəti yaxşı olan şəxsin xəstəxanaya aparıldığı və araşdırmalara başlanıldığı bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə