Rusiyada sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub

Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 108 191 nəfərə çatıb.

Son sutka ərzində həmçinin koronavirusdan 23 045 nəfər sağalıb, 679 nəfər isə vəfat edib.

Hazırkı dövrədək koronavirusdan sağalanların sayı 10 023 622 nəfər, ölənlərin saıy isə 326 112 nəfər təşkil edir.

Hazırda 758 457 nəfərin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə