Hindistanda Covid-19 testlərinin satışına nəzarət gücləndirir

Hindistanda Covid-19 testlərinin satışına nəzarət gücləndirir

Hindistanda satışda olan sürətli koronavirus testləri ilə bağlı qaydanı dəyişir

SİA-nın xəbərinə görə, ölkədə bu testlərə maraq həddindən artıq böyükdür.

Lakin son günlərdə bir çox hindlinin testi müsbət çıxsa da, bunu gizlətdiyi məlum olub. Buna görə də bəzi ştatlarda testlərin nəticələrini hər bir halda satışı həyata keçirən aptekə xəbər vermək tələbi qoyulub. Eyni zamanda, əczaçılar da, müştərilərin telefon nömrələri və şəxsi məlumatlarını toplamalıdır.

Qeyd edək ki, Hindistan sürətli testlərin ən çox satıldığı ölkələrdəndir. Bu testlərin sutkalıq satışı 2 milyon ədədi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə