Fukusima AES-də xüsusi maddənin sızması baş verib

Fukusima AES-də xüsusi maddənin sızması baş verib

Qəzaya uğramış Fukusima AES-də tikilinin divarını soyuq saxlamaq üçün istifadə edilən 4 ton maddənin sızması baş verib.

SİA-nın xəbərinə görə, bu barəsə NHK kanalı məlumat yayıb. Sızma ötən həftə aşkara çıxıb. Buna səbəb borulardan birinin sıradan çıxmasıdır. Hazırda qəzanın aradan qaldırılması üçün iş gedir.

AES-in ətrafında “buz divar” yaratmaq işi 2016-cı ildə başa çatıb. Məqsəd qrunt sularının reaktora girməsinin qarşısını almaq olub.
Qeyd edək ki, Fukusima-1 AES-i 2011-ci ilin martında baş verən sunami nəticəsində dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə