Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etmək planşdırır

Türkiyə Qafqazda sülh və sabitliyin hökm sürməsi üçün səylərini davam etdirir.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etmək planşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə