... ABŞ da Çinin sərnişin təyyarələrinin uçuşlarını ləğv etdi

Çin mediası xəbər verir ki...

ABŞ hökuməti Çinin aviasiya şirkətlərinin Birləşmiş Ştatların müxtəlif şəhərlərindən Çin istiqamətinə nəzərdə tutulan 44 sərnişin təyyarəsi uçuşunun ləğv olunması barədə qərar qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, Çin mediası xəbər verir ki, qərar yanvarın 30-dan martın sonunadək qüvvədə qalacaq və “Air China”, “China Southern”, China Eastern” və “Xiamen Airlines” şirkətlərinin uçuşlarına tətbiq olunacaq. Vaşinqton bu qərarın Çinin ABŞ aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi qadağaya cavab olduğunu bildirib.

Rəsmi Pekin Amerika Birləşmiş Ştatlarının bu qərarına etiraz bildirərək onu “əsassız” adlandırıb.

Çinin ABŞ-dakı səfirliyi də Amerikanı Çin aviaşirkətlərinin uçuşlarını pozmağı və məhdudlaşdırmağı dayandırmağa çağırıb.

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar qüvvədə olan qaydalara əsasən, Çinə gələn təyyarələrdəki sərnişinlərdən “Covid-19” infeksiyasına yoluxanların sayına uyğun olaraq, həmin aviaşirkətin uçuşlarına bir neçə həftəlik qadağa qoyulur. Bu qaydaya əsasən, Çin ABŞ-ın “United Airlines”, “American Airlines” və “Delta Air Lines” şirkətlərinin ümumilikdə 44 uçuşunu ləğv etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə