Hindistanda 20 mәrtәbәli binada yanğın baş verib, ölәnlәr var

Hindistanın Mumbay şəhərində 20 mәrtәbәli yaşayış binasında baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barәdә yerli media orqanları mәlumat yayıb.

Bildirilib ki, hadisə Mumbayın Tardeo rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib.

Binada yaşayanların 90 faizi öz imkanları vә qonşularının kömәyi ilә binanı tәrk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə