Almaniyada seçkilər başa çatıb

Almaniyada Xristian Demokratik Birlik Partiyasının prezident seçkiləri başa çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın ən böyük siyasi partiyalarından biri olan və ölkəni son 16 ildə idarə edən keçmiş kansler Anqela Merkel partiyanın yeni rəhbəri, Federal Məclisin deputatı Fridrix Merz olub. Min bir nümayəndənin qatıldığı onlayn seçkidə 983 səsdən 915 səs toplayan Merzin prezident kürsüsünə oturması üçün nümayəndələrin səsləri poçtla göndəriləcək və hesablanacaq.

Qeyd edək ki, Merz keçən ay keçirilən ilkin seçkilərdə partiya üzvlərinin yüzdə 62-si ilə CDU-nun ümumi seçkilərində qalib gəlib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...