Rusiyada donmuş çaya girən qadın yoxa çıxıb

Yanvarın 19-da Rusiyanın Leninqrad vilayətində vəftiz bayramı kimi tanınan Epifani bayramı ilə əlaqədar pravoslav xristianlar Oredej çayında suya giriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, rayona gedən 40 yaşlı qadın əri və uşaqları ilə birlikdə donmuş çaya girmək istəyib.

Çayın səthindəki buz təbəqəsi kəsildikdən sonra soyuq suya atılan qadının buza dəydiyi görülüb. Həmin an gözdən itən qadının başında dayanan şəxs nəsə olduğunu görüb qışqırmağa başlayıb. Bu zaman qadının yoldaşı da soyuq suya atılıb. Arvadını sudan çıxarmağa çalışan kişi arvadını suyun altında görə bilməyincə çölə çıxıb.

Bu vaxt qadının uşaqları “ana” deyə qışqırmağa başlayıb. Qadının son anlarının nümayiş olunduğu tədbirdən sonra çayın altında axtarış işlərinə başlanılıb. Çayda itən qadının cəsədinə çatmaq mümkün olmasa da, rayon prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Qeyd edək ki, pravoslav xristianlar Epifani bayramında günahlarından təmizlənəcəklərinə inanaraq donmuş göllərə və çaylara girirlər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...