Pələng temalı otaq reaksiyalara səbəb oldu

Çinin Jianqsu əyalətinin Nantonq şəhərindəki Meşə Safari Parkı daxilindəki otel müştərilərinə otaqlarından müxtəlif vəhşi heyvanları seyr etmək imkanı təqdim edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə otel otaqlarından birində gəzərkən görüntülənən pələng diqqət çəkərkən, pələngin yerləşdiyi ərazi ilə müştərilərin yatdığı yer arasında yalnız şüşənin olduğu da diqqət çəkib. “Pələng mənzərəli otaq” mövzusu Çinin “tvitteri” kimi tanınan “Veibo”da 100 milyon dəfədən çox baxılıb, mövzu həm heyvan hüquqları, həm də təhlükəsizlik baxımından qızğın müzakirələrə səbəb olub.

Məsələ gündəmə gətirildikdən sonra Nantonq Bələdiyyəsinə bağlı bölmələrin müştərilərin təhlükəsizliyini təmin etmək və heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün tətbiqin dayandırılması əmri verdiyi iddia edilib. Lakin müxtəlif mənbələr məsələnin müzakirə edildiyini və hələ də qadağa qərarının verilmədiyini açıqlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə