Kaunas 2022-ci ildə Avropanın Mədəniyyət Paytaxtı oldu RƏSMİ OLARAQ

Litvanın Kaunas şəhərində şəhərin 2022-ci ildə Avropanın Mədəniyyət Paytaxtı hüququna daxil olması münasibətilə təntənəli mərasim keçiriləcək. SİA xəbər verir ki, bu barədə ELTA portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tədbirdə YUNESKO-nun rəhbəri Odri Azule də iştirak edəcək.

“Litva Prezidenti Gitanas Nausedanın dəvəti ilə “Kaunas və Kaunas Regionu – 2022-ci il Avropa Mədəniyyət Paytaxtı” layihəsinin açılışı mərasiminə aztılmaq üçün YUNESKO-nun baş direktoru Odri Azule buraya səfər edəcək. Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen COVID-19 səbəbiylə səfərlərini ləğv etməli olub, onlar video bağlantı vasitəsilə tədbir iştirakçıları və təşkilatçıları ilə danışacaqlar.

Həftə sonu Kaunasda 100-dən çox müxtəlif mədəni tədbir keçiriləcək. "Bütün layihənin simvolik girişi təntənəli açılış mərasimi olacaq. Musiqi, işıq, obraz və hərəkətin bu təsirli şousu ilə rəsmi olaraq Avropanın Mədəniyyət Paytaxtı adının verilməsi ili başlayacaq", deyə ELTA xəbər verir.

Diqqətə çatdıraq ki, 2017-ci ilin mart ayında Kaunas 2022-ci ildə Avropanın Mədəniyyət Paytaxtı olmaq hüququ qazanıb. Fəxri ad uğrunda yarışda onunla yanaşı, Litvanın daha altı şəhəri, o cümlədən Klaypeda, Palanqa və Nerinqa iştirak edib.

Xatırladaq ki, Avropanın Mədəniyyət Paytaxtı adı hər il Avropa İttifaqının (Aİ) iki üzv dövlətinin hər birində birdən çox olmayan şəhərə verilir. 2022-ci ildə şəhərlərinə Avropanın Mədəniyyət Paytaxtı adı verilmiş iki Üzv Dövlət Litva və Lüksemburq olacaq. Avropanın Mədəniyyət Paytaxtı adı uğrunda müsabiqə 1985-ci ildə qəbul edilmiş Avropa İttifaqının təşəbbüsüdür. Hər il qitənin bir və ya bir neçə şəhəri onun mədəni inkişafına diqqət çəkmək üçün seçilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...