Koronavirusa yoluxma hallarının sayı 340 milyonu keçib - DÜNYADA

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 340 milyonu, ölüm hallarının sayı isə 5,57 milyonu keçib. Bu barədə SİA Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla xəbər verir.

COVID-19 pandemiyası başlayandan bəri yoluxma hallarında maksimal göstərici yanvarın 20-də qeydə alınıb, həmin gün 24 saat ərzində 3 933 319 yoluxma halı aşkar edilmişdi. Yoluxma hallarında 300 milyonluq hədd yanvarın 8-də, 250 milyonluq hədd isə keçən il noyabrın 9-da qeydə alınmışdı.

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 68 199 861 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (38 566 027), Braziliya (23 416 748), Böyük Britaniya (15 613 287) və Fransa (15 201 084) yer alıblar. Ən çox ölüm halı - 852 334 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (621 855), üçüncü yerdə isə Hindistan (488 396) qərarlaşıb. Daha sonra Rusiya (324 752) və Meksika (302 112) yer alıblar.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 630 min 420 yoluxma halı qeydə alınıb, 8 min 581 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...