Qara dənizə qoşun göndərilməsinə qarşı çıxıb DOQQUZ PARTİYA

İspaniyada doqquz partiya NATO missiyası çərçivəsində Qara dənizə İspaniya hərbi gəmilərinin göndərilməsinə və ölkənin NATO-nun hava missiyasının Bolqarıstanda yerləşdirilməsində iştirakına qarşı birgə manifest imzalayıb. SİA xəbər verir ki, bu barədə birgə imzalanan sənəd Twitterdə yayımlanıb.

Bundan əvvəl “Podemos” partiyası İspaniyanın qəti şəkildə müharibənin əleyhinə olduğunu bildirərək, Sosialist Partiyasını Ukrayna ətrafındakı böhranda öz hərəkətlərini ölçməyə çağırıb.

Manifesti imzalayan 9 partiya Ukrayna ətrafındakı vəziyyətlə bağlı ABŞ və Rusiya arasında artan gərginlikdən ciddi narahat olduqlarını bildiriblər.

"Biz suveren dövlətə qarşı istənilən təhdid və ya hərbi təcavüzə, eləcə də NATO çərçivəsində İspaniya qoşunlarının Qara dənizə və Bolqarıstana göndərilməsinə qəti şəkildə qarşıyıq. Bu münaqişə yalnız dialoq, gərginliyin azaldılması və sülhün yeganə olduğuna inamla həll edilə bilər”, deyə sənəddə qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...