20 mərtəbəli binada dəhşətli yanğın baş verib

Hindistanın Maharaştra ştatının paytaxtı Mumbayda Bhatia xəstəxanasının yaxınlığında yerləşən 20 mərtəbəli binada səhər saatlarında yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Tardeo rayonunda Nana Çovkda yerləşən Kamala binasının 18-ci mərtəbəsində baş verən yanğında azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Mumbay yanğınsöndürmə briqadasının 3-cü səviyyə olaraq xarakterizə etdiyi yanğına müdaxilə etmək üçün hadisə yerinə 13 yanğınsöndürən və 5 təcili tibbi yardım maşını göndərilib.

Yaralılardan 7-nin Nair xəstəxanasına çatdırıldığı bildirilsə də, xəstəxanadan verilən açıqlamada 5 nəfərin öldüyü, 2 nəfərin vəziyyətinin stabil olduğu bildirilib.

Daha 15 yaralı Bhatiya xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 1 nəfərin öldüyü, 3 xəstənin həyati təhlükəsinin olduğu, qalan yaralıların ümumi xidmətdə müalicəsinin davam etdirildiyi açıqlanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə