Hadisə və sevgilisi evlənmə qərarı alıb

Bir ilə yaxındır sevgi yaşayan türkiyəli müğənni Hadisə ilə iş adamı Mehmet Dinçerler evlənmək qərarına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cütlük şad xəbəri sosial media hesablarında yayımladıqları video ilə açıqlayıb.

Hətta fevral ayında Hadisənin Belçikada yaşayan ailəsi İstanbula gələcək və qız istəmə mərasimi keçiriləcək. Toyun isə yay aylarında olacağı bildirib. Cütlük tez bir zamanda uşaq sahibi olmaq istəyir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə