Təqaüdçünün pensiyasını çıxarmaq üçün meyitini poçt şöbəsinə apardılar

İrlandiyada ölən bir kişinin pensiyasını çıxarmaq üçün cəsədi poçt şöbəsinə aparıldıqdan sonra araşdırma başladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Karlou bölgəsində baş verən hadisədə təqaüdçünün cəsədi onun yanındakı iki nəfərin dəstəyi ilə binaya aparılıb.

Xəbərdə poçt işçiləri vəziyyəti sorğuladıqdan sonra iki nəfərin qaçdığı bildirilib. İrlandiya polisi bildirib ki, onlar qocanın izah olunmayan ölümünün səbəbini araşdırırlar. Polis sözçüsü, araşdırmanın istiqamətinin yarılmadan sonra bəlli olacağını vurğulayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə