Uludağ turist sayına görə rekord qırdı

Bursada əvvəlki illərlə müqayisədə mövsüm normalarının üzərində müşahidə edilən qar Uludağa bərəkət gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yeni ildə turislərin sayında əvvəlki illərə nisbətən artım müşahidə olunub.

Qarın qalınlığının bəzi yerlərdə 1,5 metrə çatdığı Uludağa bu il xüsusilə ərəb, polyak və rus turistlər böyük maraq göstərir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə