NATO ölkələri yanvarın 24-dən fevralın 4-dək “Neptun Strike 22” adlı irimiqyaslı dəniz təlimləri keçirəcək.
SİA-nın məlumatına görə, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.
Kirbinin sözlərinə görə, hərbi-dəniz aviasiya, gəmilər, sualtı qayıqların qatılacağı manevrlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub.
Pentaqon sözçüsü ABŞ-ın təlimlərdə “Harry Truman” təyyarədaşıyan döyüş qrupu ilə təmsil olunacağını deyib: “2020-ci ildə planlaşdırılan sözügedən təlim xüsusilə Aralıq dənizində keçiriləcək”.
Pentaqonun sözçüsü əlavə edib ki, Ukrayna ətrafında baş verən son hadisələrlə əlaqədar təlimin ssenarisində hər hansı dəyişiklikdən xəbərsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB