Qanada partlayış baş verib, onlarla adam ölüb

Qananın qərbində güclü partlayış qeydə alınıb.

SİA xəbər verir ki, partlayıcı maddələr daşıyan avtomobil motosikletlə toqquşaraq aşıb.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib, 59 nəfər yaralanıb.

Zərərçəkənlərin əksəriyyəti xilas edilib və xəstəxanalara yerləşdirilib.

Polis təhlükəsizlik baxımından əhaliyə partlayış baş verən ərazini tərk etməyi tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə