...Xaotik və gözlənilməz vəziyyət hökm sürür

BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb

Dünya təhlükəli vəziyyətdədir, "soyuq müharibə" dövründəkindən daha xaotik və gözlənilməz vəziyyət hökm sürür.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu BMT Baş katiibi Antonio Qutteriş söyləyib.

Onun sözlərinə görə, soyuq müharibə iki blok arasında gedirdi, hər birinin öz ittifaqları var idi, bloklararası münaqişələrin qarşısını almaq üçün aydın qaydalar və mexanizmlər var idi

"Hazırda çüşahidə etdiyimiz daha xaotik və daha az proqnozlaşdırıla bilən bir şeydir, böhranlarla mübarizə aparmaq üçün alətlərimiz yoxdur. Deməli, biz heç şübhəsiz çox təhlükəli vəziyyətdəyik", - deyə baş katib qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə