Xorvatiyada 11 yaşlı koronavirus xəstəsi dünyasını dəyişib

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yoluxucu xəstəliklər klinikasında müalicə alan 11 yaşlı xəstə koronavirusun nəticələri səbəbindən cümə günü dünyasını dəyişib.

SIA xəbər verir ki, bu barədə yerli “Jutarnji list” qəzeti yazıb.

Azyaşlının həkimi Qoran Teşoviç bildirib ki, xəstənin ölümünün dəqiq səbəbi bədəni yarıldıqdan sonra müəyyən ediləcək: “Hazırda əlimizdə olan məlumata görə, uşağın bir gün əvvəl yüksək hərarəti olub, boğazı və başı ağrıyıb, orqanizmində halsızlıq müşahidə edilib”.

Xəstənin səhər saatlarında dünyasını dəyişdiyi bildirilib. Qeyd edilib ki, azyaşlı heç bir xroniki xəstəlikdən əziyyət çəkməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə