"Mercedes" mindən çox avtomobili geri çağırır

"Mercedes Benz" şirkətinin Rusiyadakı rəsmi nümayəndəsi "Mersedes-Bents Rus" ölkədə 1 082 avtomobili geri çağırıb.

SİA-nın məlumatına görə, geri çağırılmaya səbəb sərnişin təhlükəsizlik yastığının funksiyasında mümkün qüsurlar göstərilib.

Qərar 2021-ci ildə satılmış S-Class tipli avtomobillərə şamil edilir.

Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz əsasda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...