Güclü külək nəticəsində divar uçub

Pakistanın Kəraçi şəhərində güclü külək nəticəsində divarın uçması nəticəsində 5 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Pakistanın Kəraçi şəhərində təsirli olan güclü külək həyata mənfi təsir edib. Kəraçinin Şerşah Gülbai və Şimali Nazımabad bölgələrində güclü külək nəticəsində divarın uçması nəticəsində 5 nəfərin həyatını itirdiyi, bölgədə çoxlu sayda yaralının olduğu bildirilib.

Günün ortasında təsirli olan güclü küləyin şəhərin bir çox yerində dam və divarların uçmasına səbəb olduğu, Kəraçidə isə güclü külək nəticəsində məktəb divarının uçduğu öyrənilib. Səlahiyyətli şəxslər xəsarət almamaq üçün əhaliyə köhnə ağaclardan və qeyri-sabit tikililərdən uzaq durmaq barədə xəbərdarlıq edib. Güclü külək görmə məsafəsini azaltdığından şəhərdəki motosikletçilər də çətin anlar yaşayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...