Biz heç vaxt Ukraynaya hücum edəcəyik deməmişik - LAVROV

ABŞ prezidenti Co Bayden bu yaxınlarda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya girəcəyini və mümkün işğalın Rusiya prezidenti Vladimir Putin üçün fəlakət olacağını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum olacağı təqdirdə Moskvaya qarşı birliyə çağıran Bayden, “Rusiya Ukraynanı işğal edərsə, bunun əvəzini qısa, orta və uzun müddətdə dərhal ödəyəcək” deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamasının qarşısını almaq üçün ABŞ dövlət katibi Antoni Blinkenin görüşündə iştirak edib. İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik zəmanəti sazişi layihəsi, tərəflər arasında diplomatik missiyaların fəaliyyəti, kibertəhlükəsizlik və strateji sabitlik kimi məsələlər müzakirə edilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov sammitdə ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı iddialarına cavab olaraq Ukraynaya hücum edəcəkləri ilə bağlı heç vaxt açıqlama vermədiklərini bildirib. “Biz heç vaxt "Ukraynaya hücum edəcəyik" deməmişik. Rusiya Ukrayna xalqı üçün təhlükə deyil. Blinkenlə görüşümüz aydın və faydalı oldu. Biz Moskvanın təhlükəsizlik tələblərini çatdırmışıq. Vaşinqtondan yazılı cavab istəyirik. Putin hər zaman buna hazırdır. Baydenlə əlaqə saxlayın. Bizim narahatlığımız Qərbin Ukraynaya göndərdiyi silahlardan qaynaqlanır”- deyə Lavrov bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...