Yaponiyada Covid-19 epidemiyası ilə əlaqədar Okinava, Yamaquçi və Xirosima əyalətlərində həyata keçirilən yarım fövqəladə tədbirlər bu gündən etibarən daha 13 əyalətdə tətbiq olunmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, profilaktik tədbirlər Tokioda və ətrafdakı Sayama, Çiba və Kanaqava prefekturalarında, həmçinin Qifu, Aiçi, Mie, Kumamoto, Kaqava, Qunma, Niigata Miyazaki və Naqasaki prefekturalarında qüvvəyə minib.

Tokioda yarı fövqəladə vəziyyət qərarı alınsa da, tətbiqin ilk günündə Tokioda ictimai həyatda aktivlik diqqət çəkib. Qatarların və vağzalların sıxlığı epidemiyadan əvvəlki dövrə bənzəmirdi. Küçələr və ticarət mərkəzləri boş qalmasa da, yerli hökumətlərin tələbinə uyğun olaraq restoran kimi müəssisələr iş saatlarını 21.00-a məhdudlaşdırıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə