Rusiyada koronavirusa gündəlik yoluxmada yeni anti-rekord

Rusiyada son sutka ərzində 49 513 nəfər koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 38 850 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,98 milyonu ötüb.

Eyni zamanda son sutkada 692 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 684 nəfər idi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 324 752 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə