“Omikron” variantının təsiri Avropada davam edir. İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada yoluxma və ölüm sayının artması davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu ölkələr arasında ən çox yoluxma qeydə alınan ölkə Fransa olub. Ölkədə 24 saat ərzində 425 min 183 yoluxma aşkar edilərkən, 245 nəfər dünyasını dəyişib.

İtaliyada bir gündə 198 865 nəfərdə Covid-19 aşkarlanıb, 385 nəfər ölüb. İngiltərədə yoluxma sayı 107 min 364 olaraq açıqlanarkən, can itkisi 330-a çatıb.

Almaniyada yoluxma sayı 134 min 930, can itkisi isə 176 olaraq açıqlanıb. Nəhayət, İspaniyada 157 min 447 hadisə aşkarlanıb, 162 nəfər ölüb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə