Məşhur müğənni pərəstişkarlarından üzr istədi

Məşhur britaniyalı müğənni Adele, ABŞ-ın Las-Veqas şəhərindəki konsertlərini ləğv edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün ilk konsertini verməli olan müğənni bu qərarı niyə verdiyini də göz yaşları içində danışıb. 33 yaşlı müğənni "İnstaqram"da paylaşımında göz yaşları içində çatdırılma gecikmələri və Covid-19 səbəbi ilə pərəstişkarlarından üzr istəyib.

Müğənni bu gündən başlayaraq aprelin 16-dək Sezar Sarayı Kolizeyində həftə sonları ümumilikdə 24 konsert verəcəkdi. Konsertlər üçün 6 saat ərzində 100.000 bilet satılıb. Biletlərin qiyməti 85-685 dollar arasında dəyişən konsertlər üçün Adele, gecəlik 500.000 dollar alacaqdı. Noyabrda işıq üzü görən “30” albomu ilə satış rekordları qıran müğənninin bugünkü çıxışı 5 ildən sonra ilk canlı konserti olacaqdı.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə