ABŞ-ın məşhur qəzeti gərginliklə bağlı diqqətçəkən açıqlama yayıb

ABŞ-ın məşhur qəzeti gərginliklə bağlı diqqətçəkən açıqlama yayıb

ABŞ-ın ən çox oxunan qəzetlərindən biri olan “Wall Street Journal” Rusiya və Ukrayna arasında gərginliklə bağlı diqqətçəkən bir hadisəni oxucularına açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Moskva-Kiyev xəttində gərginlik artdıqca ABŞ prezidenti Co Bayden Estoniya, Latviya və Litvaya Ukraynaya silah göndərmək üçün yaşıl işıq yandırıb.

Vaşinqton rəhbərliyinin üç NATO üzvü ölkəyə silah və hərbi texnika dəstəyi verməyə icazə verdiyi bildirilib. Bu təsdiqlə Estoniya, Latviya və Litva Kiyev hökumətinə "Javel"in tank əleyhinə və "Stinqer" hava hücumundan müdafiə sistemlərindən istifadə edə biləcək.

Digər tərəfdən, Şərqi Avropa ölkəsində ABŞ tərəfindən Ukraynada təmir edilən və normal olaraq Əfqanıstana göndərilmək üçün hazırlanan Rusiya istehsalı olan 5 Mi-17 nəqliyyat vertolyotunun Ukraynada quraşdırılacağı da qeyd edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə