Çərşənbə günündən bəri Belçikada itkin düşən 4 yaşlı Din Verberkmoesin cəsədi Hollandiyada tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya polisi cəsədin tapıldığı yerdən 120 kilometr aralıda Din Verberkmoesi qaçırmaqda günahlandırılan 34 yaşlı belçikalı Dave De Koku yaxalayıb. De Kokun 2 yaşlı ögey oğlunu ağır yaralayaraq ölümünə səbəb olduğu üçün 10 il həbs cəzası çəkdiyi müəyyən edilib.
Belçikanın Sint-Niklaas şəhərində yaşayan Din Verberkmoesdən keçən həftədən xəbər yoxdur. Belçika və Hollandiya polisi adam oğurluğu xəbərindən sonra genişmiqyaslı axtarışlara başlayıb. Hollandiya polisi bildirib ki, Din Verberkmoesin cəsədi bazar ertəsi gecə Belçika sərhədinə yaxın Zeeland əyalətindəki Neeltje Jan adası ətrafında tapılıb. Din Verberkmoesi qaçırdığı bildirilən Deyv De Kok da təxminən 4 saat sonra Hollandiyanın Utrext şəhəri yaxınlığındakı Meerkerk qəsəbəsində yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB