BMT Holokostun inkarını pisləyib

BMT Baş Assambleyası Holokostun inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.

SİA-nın məlumatına görə, Baş Assambleya Holokostun tarixi hadisə kimi tam və ya qismən inkarını rədd edir və birmənalı şəkildə pisləyir.

BMT həmçinin təşkilatın bütün üzv dövlətlərini bu məqsədlə atılan hər hansı addım da daxil olmaqla, bu cür inkarı rədd etməyə çağırıb.

Qeyd edilir ki, İsrail, ABŞ, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsvreməyə çıxarılmadan qəbul edilib.

BMT həmçinin sosial şəbəkələrə sahib olan dövlətləri və şirkətləri antisemitizmi təbliğ etmək və tarixi təhrif etmək üçün informasiya texnologiyalarından istifadəyə qarşı mübarizə aparmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...