İvanka Tramp şahid qismində çağırılıb

ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka parlament komissiyasına şahid qismində çağırılıb.

SİA-nın xəbərinə görə, məqsəd Donald Trampın 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirakını araşdırmaqdır. İlk dəfədir keçmiş prezidentin ailə üzvü ötən ilin yanvarında baş vermiş hadisələrə görə istintaqa cəlb olunur. Parlament komissiyasının ünvanladığı məktubda İvanka 3 fevral tarixində komissiyaya dəvət edilib.
Qeyd edək ki, parlament komissiyası və müstəntiqlər məsələ ilə bağlı 300-dən çox şahidin ifadəsini alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...