İranda daha 20 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 4 658 nəfər koronavirusa (COVID-19) yoluxub, 20 nəfər ölüb.

SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 152 nəfərə, yoluxanların sayı isə 6 236 567 nəfərə çatıb. Virus daşıyıcılarından 1 247 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 073 412 nəfər koronavirusdan sağalıb, 43,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 128 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 13,8 milyon təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...